Xaçaturyan Paşinyanı dəstəklədi: "Azərbaycanın ərazi bütövlüyünün tanınması çox vacibdir"

Xaçaturyan Paşinyanı dəstəklədi:
Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanla görüşündə hökumətin regionda sülhün bərqərar edilməsi siyasətini tam dəstəklədiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Prezidentin bəyanatlarına istinadən xəbər verir.

Daha sonra prezident əlavə edib:

"Keçən həftə Brüsseldəki görüşdən başlayaraq siyasi həyatımızda mühüm hadisələr baş verdi. Siz Ermənistan hökumətinin mövqeyini açıq şəkildə ifadə etdiniz. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Azərbaycandan da eyni şeyi gözləyirik”, – deyə Xaçaturyan bildirib.

Ermənistan rəhbəri Paşinyanı öz imkanları daxilində regionda sülhün bərqərar olması yönündə həyata keçirdiyi bütün addımarda dəstəkləyəcəyinə inandırıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az