Xalq artistinə vəzifə verildi
Azərbaycanın sevilən aktyoru, Xalq artisti Valeh Kərimov işlə təmin olunub.
Vətəninfo.az xəbər verir ki, bu
barədə aznews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə,
Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu mövsümdə Gəncə Dövlət
Dram Teatrında rejissor kimi fəaliyyət göstərəcək:
"Hazırda Gəncədəyəm. Məni bura rejissor kimi dəvət ediblər. Həm tamaşalar hazırlayacam, həm də aktyor kimi rollar oynayacam”.
V.Kərimov
bildirib ki, hazırda sözü gedən teatrda quruluş verəcəyi əsəri teatr
rəhbərliyi ilə müzakirə edir: "Mənim fikrimdə çox əsərlər var. Teatrın
imkanları çatan əsərləri səhnəyə gətirəcəm”.
Xatırladaq ki, Valeh
Kərimov Sumqayıt Dövlət Dram Teatrında aktyor və rejissor kimi
fəaliyyət göstərirdi. O, ötən mövsümdə yaşla əlaqədar teatrdan
kənarlaşdırılıb.