Xalq müxalifətin mitinq çağrışlarına dəstək vermədi

Xalq müxalifətin mitinq çağrışlarına dəstək vermədi

İlqar Altay: “Qərbin Azərbaycana qarşı açdığı informasiya savası bu əməkdaşlıqda üstünlük əldə etmək məqsədi daşıyır”

Milli Şura  ölkədə baş verən siyasi və sosial prosesləri diqqətdən keçirmək adı altında mitinq keçirməklə,əslində Milli Şuranın məqsədi social və siyasi prosesləri təhlil etmək deyil, mövcud elektoratının nədən ibarət olduğunu aydınlaşdırmaq istəyirdi.Görünən budur ki, Milli Şurada toplaşan müxalif partiyalarkeçirilən mitinqdən istədiyini ala bilmədilər. Elə Vətəninfo.az-ın sualların cavablandıram siyasi ekspert, İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altayın da siyasi düşüncələri bu yöndə oldu.
“Müxalifətin içtimai və siyasi qaydaları pozmamaqla etiraz aksiyaları təskil etməsi normal haldır. Bu səbəbdən də BŞİH bu tədbir üçün müvafiq yer və zaman ayırmışdı. Ancaq manatın son devalvasiyası, qiymətlərin qismən bahalaşması, çoxmilyonlu kredit qalmaqalları, saxta üzlük vurulması səbəbindən insan tələfatlı bina yanğını kimi mənfi təzahürlər fonunda bu mitinq xeyli zəif alındi. Xalq, içtimaiyyət mövcud müxalifətin bütün çağırışlarına rəğmən dəstək vermədi, öz sabit mövqeyini saxladı. Tədbirin zəif alınmasını mitinqdəki müxalif yönlü tanınmış siyasi xadimlər də gizlətmədi. Yəni, bu tədbir də görsətdi ki, Azərbaycan cəmiyyəti ümumi dövlət mənafeyini üstün tutur, ölkəni silkələyəcək təlatüm və sarsıntıları istəmir və köklü islahatların keçirilməsini dəstəkləyir”. İlqar Altay eyni zamanda Qərbin nüfuzlu media qurluşlarında Azərbaycana yönəlik ardı-ardına tənqidi məqalələrdə münasibətin bildirib.
“Əslində, bütün, iqtisadi, təhlükəsizlik, geosiyasi və sair tərəflərdən Qərb bu gün Azərbaycanla kifayət qədər normal əməkdaşlıqdadır. Azərbaycan Avropa və Qərb üçün xüsusi əhəmiyyətli partnyordur. İki gün öncə Serbiya gözlənilmədən Rusuyanın "Cənub axını" layihəsinə zərbə vurub Avropa Birliyinin tərəfini tutdu. Bildirdi ki, biz Azərbaycan qazına istinad edəcəyik. Belə çıxır ki, Avropanın Rusiya qazından asılısızlıq siyasəti əsasən Azərbaycan qazına olan ümid, üzərində dayanır.Düşünürəm ki, hərdən Qərbin Azərbaycana qarşı açdığı informasiya savası bu əməkdaşlıqda üstünlük əldə etmək məqsədi daşıyır. Bizim ölkə isə, geosiyasi baxımdan neytral, balanslı siyasətə malikdir. Tam müstəqil dövlət olmaqla hec kimin öz üzərində üstünlük əldə etməsilə razılaşmır. Bu səbəbdən də vaxtaşırı belə informasiya davaları qızışır və səngiyir. Ancaq, bunlar Qərbin Azərbaycanla  diplomatik, iqtisadi, mədəni və s. eməkdaşlığına təsir edə bilməz və bilmir”

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az