Xalqın tərbiyəsini pozmayın, bu ölkəni hara aparırsız?

Xalqın tərbiyəsini pozmayın, bu ölkəni hara aparırsız?

Efirlərdə Azərbaycan adət-ənənəsinə zidd verilişlər yayımlanır.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 2-də keçirilən plenar iclasında İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan demoktarik ölkə olduğundan hər kəs azaddır:

"Ancaq bu gün 70 yaşlı adamları efirə evləndirməyə dəvət edirlər və onlar televiziyada ailə qururlar. Axı, bizim adətlərimiz, milli-mənəvi dəyərlərimiz var! Axı, televiziyada kim evlənib-boşanır?! Ziyalılarımız bu məsələyə münasibət bildirməlidirlər. Nəvə-nəticələri bunlardan nə tərbiyə götürəcək?! Dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bu dövləti hara aparırsınız?! 5 manat pul qazanırsız, amma xalqın tərbiyəsini pozmayın”.

Deputat həmçinin İTV-nin hazırladığı verilişlərlə digər telekanallardan fərqli olmağa çalışdığını da bildirib:

"Amma həmin telekanalın bir neçə proqramında, xüsusilə də xəbərlərdə dəyişiklik yaxşı olardı. Bütün telekanallarda yayımlanan xəbərlər proqramı, demək olar ki, eynidir. Ona görə də xəbərlər proqramında müəyyən dəyişiklik İTV-nin fəaliyyəti üçün təqdirəlayiq olardı”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az