Xanım güləşçimizdən gümüş medal

Xanım güləşçimizdən gümüş medal

Vətəninfo.az  xəbər verir ki, ANS PRESS-in federasiyanın mətbuat xidmətindən aldığı məlumata görə, 52 kq çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. Leyla Qurbanova Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

1-ci dövrə - Tianna Kennet (CAN) - Leyla Qurbanova 0:10
2-ci dövrə - Olena Kremzer (UKR) - Leyla Qurbanova 1:2
3-cü dövrə - Aparicio Vasquez (ESA) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)

FİNAL - Leyla Qurbanova - Mayu Mukaida (JPN) 3:9

Yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.

Qeyd edək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az