Xanım sərnişin özünü qatarın altına atdı - Bakı metrosunda
Bu gün səhər saatlarında Bakıda metro stansiyasında intihara cəhd hadisəsi olub.
Bu barədə BakuPost.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, hadisə bu gün səhər saat 10:40 radələrində "Ulduz" stansiyasında baş verib: "1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar stansiyaya gələrkən özünü reyslərin arasına atıb. Maşinist dərhal qatarı saxlayıb. Daha sonra əməkdaşlarımız həmin xanımı qatarın altından çıxardıblar”.
Nəsimi Paşayev qeyd edib ki, xanım heç bir xəsarət almayıb: "Hər şey qaydasındadır. Hazırda xanımın hansı səbəblərdən intihara cəhd etməsi araşdırılır”.
Miq.az