Xankəndidə Azərbaycan bayrağı asılacaq - Ermənilər şokda

Xankəndidə Azərbaycan bayrağı asılacaq - Ermənilər şokda

Xankəndidəki "dövlət binaları”na Azərbaycan bayraqları asılacaq.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Məlumatda Xankəndidə Azərbaycan bayraqlarının asılacağı, separatçı rejimin "müdafiə ordusu”nun ləğv olunacağı iddia edilib.

İddia Qarabağdakı separatçılar arasında təşvişə səbəb olub.

Xankəndidəki separatçı rejimin "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bəzi media orqanları və sosial şəbəkələrdə yayılmış belə məlumatlarla tanış olduğunu bildirib.

Separatçı ordunun generalı yayılan informasiyanın həqiqəti əks etdirmədiyini iddia edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az