Xankəndidə qarşıdurma, Araikin “ofisi” atəşə tutuldu: Azərbaycan Ordusu hərəkətə keçir - VİDEO

Xankəndidə qarşıdurma, Araikin “ofisi” atəşə tutuldu: Azərbaycan Ordusu hərəkətə keçir - VİDEO

Azərbaycan anti-terror əməliyyatı keçirməli olacaq - Millət vəkili

"Ermənistan regionda sülhə və sabitliyə təhdidlər yaratmaqda davam edir. Bölgədə vəziyyəti gərginləşdirmək üçün ardıcıl addımlar atır. Ardı-arda baş verən hadisələr onu göstərir ki, Ermənistan sülhü deyil, təxribatlara davam etmək yolunu seçib. Bununla İrəvan hökuməti öz davranışları və addımları ilə Cənubi Qafqazda növbəti müharibənin və anti-terror əməliyyatlarının başlamasına zəmin yaradır”.





Bu fikirləri Bakupost.az -a millət vəkili Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə, Azərbaycan tərəfi hər vəchlə çalışır ki, bölgəyə sülh, əminamanlıq olsun. Ermənistan isə qərəzli mövqeyindən əl çəkmir və məqsədli şəkildə regionda gərginliyin artmasına yönəlik hərəkətlərə rəvac verir. Proseslərin bu cür cərəyan etməsi hərbi əməliyyatları qaçılmaz edir:


"Xüsusən, son günlər atəşkəsin davamlı pozulmasının, intensiv təxribatların sayı kəskin artmaqdadır. Bu da Ermənistanın sülh, sabitlik istəmədiyini açıq-aşkar göstərir. Təxribatlar davam etdiyi təqdirdə Azərbaycan anti-terror əməliyyatı keçirməli olacaq. Mövcud vəziyyət anti-terror əməliyyatlarını qaçılmaz edir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az