Xankəndidə təşviş: separatçılar Bakı ilə danışıb, rejimi ləğv edirlər?

Xankəndidə təşviş: separatçılar Bakı ilə danışıb, rejimi ləğv edirlər?
Qarabağdakı separatçı rejimin "spikeri” Artur Tovmasyanın Araik Arutyunyanı istefaya çağırması Xankəndidə narahatlığa səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı "Hraparak” qəzeti yayıb.

Məlumata görə, Tovmasyanın Qarabağda "müdafiə komitəsi” yaratmaq təklifinə xüsusilə müxalif kəsimlər şübhə ilə yanaşırlar. Onlar belə komitə sayəsində Ermənistan hökumətinin Qarabağdakı rejimi çökdürməyi və onu Azərbaycanın tərkibində icmaya çevirmək planını reallaşdıracağını düşünürlər:

"Məsələ ondadır ki, "müdafiə komitəsinin” 90-cı illərdəki formasında yaradılması, "hökumətin” əlindəki səlahiyyətlərin bütün gücü özündə toplayacaq struktura verilməsi ilə nəticələnəcək. Məhz bu "komitə” nə vaxtsa qərar verəcək ki, o, Azərbaycanla danışıqlar aparsın”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az