Xankəndində erməni GENERALLARI arasında ATIŞMA

Xankəndində erməni GENERALLARI arasında ATIŞMA
İki gün əvvəl axşam saatlarında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğal altındakı Xankəndində Dağlıq Qarabağ qondarma rejiminin rəhbərliyi ilə görüş keçirdiyi saatlarda şəhərdə eşidilən partlayışların və pulemyot səslərinin səbəbi məlum olub.

Qondarma rejimin güc strukturlarındakı mənbələr həmin axşam Xankəndinin üzərində Azərbaycana aid pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu "İnterfaks”a bildirsələr də, həmişə olduğu kimi bu dəfə  də ermənilərin yalanı özünü çox gözlətməyib.

Belə ki, həmin saatlarda Xankəndində həmsədrlərin danışıqlarını pozmaq üçün Sarkisyan və qondarma respublikanın qondarma lideri arasında İrəvanda başlayan "razborka" Xankəndində də davam edib.  Azərbaycanın işğal olunmuş ərazilərində narkotika plantasiyaları salmış bir qrup erməni generalının Sarkisyanın Azərbaycandan imdad diləməsinə kəskin etirazı bir gün sonra Xankəndi küçələrində pulemyot səsləri ilə müşayət olunub.

Xatırladaq ki, ötən axşam Xankəndində həmsədrlərin görüşlərini izləyən rusiyalı jurnalistlər şəhərdə güclü partlayışların və pulemyot səslərinin eşidildiyini xəbər verdikdən sonra ermənilər bunun Azərbaycan hərbçiləri ilə bağlı olduğunu düşünsələr də, sonradan informasiya təsdiqini tapmadı.

Daha sonra "İnterfaks” ehtimal edib ki, partlayış və atəş səsləri döyüşlərin dayanmasından sevinən ermənilərin bayram atəşfəşanlığıdır. 

Erməni generalları arasında atışma xəbərini ört-basdır etmək üçün növbəti PUA yalanı

Erməni generalları arasında atışma xəbərini ört-basdır etmək üçün növbəti PUA yalanını dövriyyəyə buraxdılar. Ki, guya ermənilər  Xankəndi şəhəri üzərində Azərbaycana məxsus pilotsuz uçan aparatı (PUA) görüb və vurublar. Qeyd edək ki, Rusiyanın müdaxiləsi nəticəsində atəşkəsin əldə olunmasından sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonunun azad olunması ilə bağlı həll planının masa üzərinə qoyulması barədə xəbərlər Ermənistanda və Qarabağ separatçılarında ciddi narahatlıq doğurub. Sadə ermənilər ağır itkilərdən təngə gələrək S.Sarkisyan rejimini lənətləsə də, Azərbaycana qarşı cinayətlər törətmiş ermənilər isə birmənalı şəkildə güzəştlərin əleyhinə çıxıblar. 


Müdafiə Nazirliyi Xankəndində görünən pilotsuz təyyarə haqda: "vahiməyə düşüblər..."

"Artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir".

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətindən Ermənistan mətbuatının guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus pilotsuz uçan aparatın (PUA) vurulması barədə yaydığı məlumata münasibət bildirərkən deyilib.

MN-dən bildirilib ki, bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.

"Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, "vurduqları” PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.
 
Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər", - deyə MN-dən bildirilib.


Arkadi Ter-Tadevosyan: "Mən bu ərazilərin qaytarılmasının əleyhinəyəm” 

"Artsaxın (Dağlıq Qarabağ-M.) heç bir santimetr ərazisini də azad etmək və ya digər ərazilərlə dəyişmək etmək olmaz!” 

Birinci Qarabağ müharibəsinin canilərindən biri olan, ermənilərin "Komandos” adlandırdıqları general-mayor Arkadi Ter-Tadevosyan bunları dünən, yəni həmin hadisədən bir gün sonra keçirdiyi mətbuat konfransında belə deyib.

Halbuki bir neçə gün əvvəl Azərbaycanın son əməliyyatlarda qalib  gəldiyini deyən Ter-Tadevosyanın indi Moskvaya meydan oxuması da maraqlı məsələdir. O da istisna deyil ki, son açıqlaması ilə radikal ermənilərin qəzəbinə gəlmiş "Komandos” sərt çıxışları ilə özünə qarşı münasibəti dəyişmək istəyir. Həm də aralarında atışma olan tərəflərdən birində bu qatil general da mühüm rol oynayır.

Ter-Tadevosyan bildirib ki, ətraf ərazilərin qaytarılması Azərbaycana ən yaxşı hədiyyə olardı. Erməni terrorçusu iddia edib ki, Madrid prinsipləri Ermənistan tərəfi üçün faydalı deyil və onları qəbul etmək yolverilməzdir. Onun sözlərinə görə, ətraf ərazilərin saxlanılması Dağlıq Qarabağın təhlükəsizliyinin mühüm komponentidir. 

Ter-Tadevosyan iddia edib ki, həmin ərazilərin alınması uğrunda döyüşlərdə qan axıb. 

"Orda bizim kilsələrimiz, xaçkarlarımız var və 1915-ci il hadisələrini nəzərə almaq lazımdır. Mən bu ərazilərin qaytarılmasının əleyhinəyəm” - deyə, o, bildirib. 


Azərbaycan Ordusunun son cavab zərbələri Ermənistanı bir-birinə vurub, Sarkisyan hakimiyyəti səksəkə içindədir 

Ermənistanda dövlət çevrilişinə cəhd 

Ermənilər Xankəndinə baş verən bu atışmanı ictimaiyyətdən gizlətməyə nə qədər çalışmaq istəsələr də buna nail ola bilməyiblər. Artıq ermənilər Xankəndində həmin axşam şəhərdə eşidilən pulemyot səslərinin iki kriminal banda arasında "razborka" olduğunu bilməklə yanaşı bunu həm də Sarkisyan hakimiyyətinin devrilməsinə cəhd kimi də qiymətləndirirlər. Ermənistan MTN-i yaydığı məlumatda iddia edib ki, çevriliş tərəfdarlarını ötən ilin noyabrında həbs edib. Lakin nə hikmətdirsə, bu barədə məlumatı məhz aprelin 7-də yayıblar. Düşmən ölkədə yayımlanan «Aravot» qəzeti iddia edir ki, İrəvan hökumətini devirmək istəyən silahlı dəstənin mövcudluğu sirr olmaya bilər. Amma hadisənin noyabrda baş verməsi inandırıcı hesab edilmir. Qəzet yazır ki, Sarksiyan hökumətini devirmək üçün silahlanmış dəstə bu yaxınlarda aşkarlanıb. «Qarabağda baş verənlərdən sonra cəmiyyətdə Sarkisyan iqtidarına münasibət daha da pisləşib. Ölkənin içində xeyli sayda narazı adamlar var ki, onlar indiki hakimiyyəti dəyişməyə hazırdır. Görünür, Qarabağda 4 günlük müharibə həmin qüvvələri fəallaşdıraraq, onları silaha sarılmağa vadar edib». 

Görünür Ermənistanın ən ali tribunasından Rusiyaya qarşı nifrət dolu bəyanatlar, hətta Putini xəyənət və ikiüzlülükdə ittiham etmək də Sarkisyan hakimiyyətinin yaxın zamanlarda süquta uğrayacağından xəbər verir.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az