Xankəndindəki separatçı-terrorçu rejim "30 illiyi" ilə bağlı ilk tədbir keçirdi...-FOTOLAR

Xankəndindəki separatçı-terrorçu rejim

Azərbaycan Respublikasının  hələlik Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan  Xankəndi  şəhərində  həmin kontingentin himayəsindəki separatçı-terrorçu rejimin tör-töküntüləri 30 illik üzdəniraq "yubiley”ləri ilə bağlı ilk tədbir keçiriblər.
 

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nərşləri  məlumat yayıb.
Xankəndindəki erməni "uşaq və gənclərin yaradıcılıq mərkəzi”nin təşkil etdiyi konsert "Biz yaşamalıyıq” adlanıb. Tədbirdə separatçı-terrorçu xuntanın rəhbəri Araik Arutyunyan görünməyib. Konsertdə yalnız rejimin "dövlət naziri” sayılan Artak Beqlaryan adlı adamabənzər məxluq və Qarabağ ermənilərinin keşişləri iştirak edib.
 

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az