Xankəndini bombalamaqla hədələyən Azərbaycana- “İsgəndər”-lərə dair sövdələşmə

Xankəndini bombalamaqla hədələyən Azərbaycana- “İsgəndər”-lərə dair sövdələşmə

Amerika kəşfiyyatının "kölgəsi” Rusiyanın Ermənistana "İsgəndər” verməsinin səbəbini açıqladı

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgə strukturu” hesab edilən "Stratfor” Rusiyanın Ermənistana "İsgəndər” operativ-taktiki raketlərini verməsinin səbəblərini təhlil edib.

Miq.az Virtualaz.org-a istinadən xəbər verir ki, mərkəzin analitikləri Rusiyanın bu raketləri Ermənistana verməklə Qarabağda yeni müharibə istəmədiyini nümayiş etdirdiyi qənaətinə gəliblər.

"İsgəndər”-lərə dair sövdələşmə bunun bariz nümunəsidir ki, Rusiyanın hərəkətləri Ermənistanın və Azərbaycanın hərbi imkanları arasında qüvvələr balansının saxlanılmasına yönəlib. Bu da müharibənin deyil, qüvvələr balansının stimullaşdırılmasından xəbər verir”-mərkəzin analitik qeydlərində bildirilir.

"Stratfor” sentyabrın 21-də dərc etdiyi analitik məqaləsində qeyd edir ki, Ermənistanın "İsgəndər” komplekslərinə malik olması apreldə Xankəndini bombalamaqla hədələyən Azərbaycan üçün "ciddi çəkindirici amil” hesab oluna bilər.

Xatırladaq ki, sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda bir diviziyon (4 kompleks) "İsgəndər” raketi nümayiş etdirilib. Aparıcı bu raketlərin "Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinə xidmət edəcəyini” elan edib. Raketlər hələ ötən həftə hərbi paradın məşqlərində görünmüşdü. O vaxtdan etibarən Rusiya rəsmilərindən Ermənistana "İsgəndər” raketlərinin verilməsinə dair heç bir şərh yoxdur.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az