Xaricdəki diaspora təşkilatlarının saytları niyə yenilənmir?

Xaricdəki diaspora təşkilatlarının saytları niyə yenilənmir?

Diasporla İş üzrə Dövlət Komitəsi bu qurumların xəbərlərin yaymasa halları necə olar

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan mətbuatına xaricdəki disporamızla bağlı məlumat göndərilməsə, deməli ölkə mətbuatı bu təşkilatların nə iş gördükləri,hansı tədbirlər keçirəcəyi haqqında hansısa məlumata malik olmayacaq.  dünyanın inkişaf xalqlarının lobbi təşkilatları internet və virtual informasiya və komunikasiya vasitələrindən istifadə etdiyi,anındaca müxtəlif xəbərləri dünyanın bir başından, digər başına çatdırılmasında aktiv olduğu heç kimdə sir deyil. Amma nədənsə Azərbaycanın diaspor təşkilatları bu məslədə də geridə qalırlar. Düşünün Avropa Azərbaycan Cəmiyyətinin rəsmi internet səhifəsi www.teas.eu-nu açdıqda ən son yayımlanan xəbər 29/05/2015-ci ilə təsadüf edir. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin internet səhifəsi


 www.anaveten.com-da elə bu gündədi. Eyni ilə Amerika-Azərbaycan Şurasının internet səhifəsi www.azeris.org. Maraqlısı budur ki, 20 faizdən artıq torpaqlarımızı işğal edən Ermənistanın diaspor təşkilatları isə demək olar ki, gündəlik xəbərləri yeniləməklə  informasiya müharibəsində bizi yenə də qabaqlayırlar. Təbii ki, bu məsələdə Diasporla İş üzrə Dövlət Komitəsinin hansısa günahının olduğunu demək doğru olmaz. Komitə bu təşkilatlara ən azından sayıtınızı normal işlədin deməli deyil axı. Bu təşkilatların rəhbərləri özləri fikirləşməlidirlər ki, əgər biz təşkilatın virtual saytını yaratmışıqsa, deməli bu saytda gündəlik görülən işlər,eyni zamanda Azərbaycanda baş verən ən son yenliklər yerləşdirilməlidir.

Vətəninfo.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az