Xırdalanda yeni asfaltlanmış yol çökür – FOTOLAR

Xırdalanda yeni asfaltlanmış yol çökür – FOTOLAR

Abşeron rayonu Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yeni çəkilmiş asfalt qatı artıq çökməyə başlayır.

Miq.Az "avtosfer.az”a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə küçəsində su və kanalizasiya xətləri dəyişdirildikdən sonra yol bərbad hala düşmüşdü.

Sakinlərin şikayətindən sonra avqust ayında Abşeron rayon İcra Hakimiyyəti həmin küçənin asfaltlanması üçün tapşırıq verdi.

Lakin asfalt qatı normativ tələblərə uyğun çəkilmədiyi üçün və asfalt qatının qalınlığı olmadığı üçün yolda artıq çökmələr baş verir.

Ümid edirik ki, ölkə başçısının ayırdığı vəsait hesabına həmin küçəyə normal şəkildə asflat çəkiləcək.

 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az