XOCALININ İLK ŞƏHİDLƏRİ Türk dünyasının əsl milli qəhrəmanlarıdır
Bu günlərdə internetdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin "qacqinlarcemiyyeti.com” saytında 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuş, 500-dən çox elmi və publisistik məqalənin, 38 kitabın, o cümlədən "Qərbi Azərbaycan” adlı 10 cildlik ensiklopedik nəşrin və Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri” adlı kitabın müəllifi olan, "Qədim Türk-Oğuz yurdu – "Ermənistan” kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilən, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiri olan Əziz Ələkbərlinin "Qərbi Azərbaycan abidələri” kitabını axtarırdım. Özümdən asılı olmayaraq fürsətdən istifadə edib Qaçqınlar Cəmiyyətinin "qacqinlarcemiyyeti.com” saytın "Xəbərlər” bölməsinə də nəzər saldım. Diqqətimi 04 Mart 2016 –cı il tarixdə burda yerləşdirilən erməni hərbçisinin dilindən verilən bir fikir: "Məni Azərbaycan xalqinin önündə dizim üstə güllələyin!” başlıqlı yazı cəlb etdi. Onu diqqətlə oxumalı oldum. Məlum oldu ki, bu yazı da Əziz müəllim Ələkbərli tərəfindən Azərbaycanda özəl xəbərlərin, araşdırmaların, təhlillərin və müsahibələrin tək ünvanı olan Miq.az saytından götürülüb.

Məqalədən məlum oldu ki, 26 fevral 1992-ci il gecəsi 366-cı motoatıcı dviziyaının tərkibində olan 5 türkmən əsgəri Xocalıya hücum etməkdən imtina ediblər. Türk araşdırmaçısı Əli Rzaoğlu müəyyən edib ki, Vasili Stardiyan adlı bir erməni Xocalıdan və Qarabağdan olan 170 uşağın böyrək, prostatını əməliyyat yolu ilə çıxarıb və Avropa, ABŞ-a satıb. Stardiyan Rzaoğluna etiraf edib ki, o körpələr hər gecə onun yuxusuna girir. Həmçinin Vasili Stardiyan Türk araşdırmaçısı Əli Rzaoğluna etiraf edib ki, o yaşayan bir ölüdür və bu barədə Azərbaycan KİV-inə müsahibə verib hər şeyi danışmağa hazırdır. Fransada qondarma "erməni soyqırımı” barədə arxiv materiallarını araşdıran türk araşdırmaçısı Əli Rzaoğlu Xocalı faciəsi ilə bağlı maraqlı detalları da açıqlayıb. Həmçinin məqalədən məlum olur ki, Miq.az Strateq.az-a istinadən bildirir ki, jurnalist "hocalıhaber” saytına müsahibəsində bildirib ki, Xocalı qətliamında iştirak etmiş bir sıra erməni hərbçiləri KİV-ə danışmağa hazırdılar. Məqalədən məlum olur ki, Əli Rzaoğlu bildirir ki, "Xocalı erməni generallarının xatirələrində” adlı araşdırmasında 34 erməni hərbçisinin xatirələrini toplaya bilib. O, törətdikləri vəhşiliyə görə bəzilərinin hətta peşiman olduğunu bildirir: "Bu mövzu hər zaman diqqətimi çəkib. Babalarım 1918-ci ildə Gədəbəydə ermənilərin vəhşiliyinə qarşı döyüşüb. Universitet illərimdən hərbi olayları araşdırmağı qarşıma məqsəd qoymuşdum. Konfransların birində Sürəyya adlı ermənicə danışan qadınla tanışlığımız bu arzularımın həyata keçməsinə rəvac verdi. Çünki bu qadın fərqli şeylər danışırdı”. Maraqlıdır ki, Əli Rzaoğlu ilk dəfə olaraq Xocalıya basqın etmiş SSRİ-nin 366-cı motoatıcı diviziyasının soyqırımda iştirak etmiş əsgər və komandirlərinin siyahısını araşdırıb. Bu zaman o, aşkar edib ki, divizyada qulluq edən Valeri Ciciyan adlı erməni komandir 36 min dollar pulu rüşvət verərək rusları satın alıb. Xocalı soyqırımından sonra ermənilər ruslara yenə də pul ödəyiblər.
Əziz oxucularım fikir verin: araşdırmaçının sözlərinə görə, Fransa arxivlərində ermənilərin vəhşiliyini təsdiq edən çoxlu sayda materiallar var: "Lakin bu arxivlərin qapısı bütün türklərin üzünə bağlıdır. Kilsənin erməni diasporuna yazdığı məktublarda Qarabağda axıdılan erməni əsgərinin hər damla qanı üçün edilən dualar var. Kilsədən yazılan məktublarda ermənilərə "Qarabağı tam təmizləyin” deyə bir mesaj da qeyd olunub. Yəni, kilsə "Qarabağda uşaqdan tutumuş böyüyə qədər azərbaycanlıları qırın, tələbi qoyur”.
Həmçinin Əli Rzaoğlu bildirir ki, 90-cı illərin əvvələrində Fransa həbsxanalarında olan 400 erməni terrorçusu naməlum səbəblərdən azadlığa buraxılıb. Onlara dərhal Fransanı tərk etmək əmr olunub. Sonradan onların hamısı Qarabağda üzə çıxdı: "Qarabağ müharibəsindən sonra da bu terrorçuların 20 nəfəri yenidən Fransaya qayıdıb və burada yaşayırlar. Onlar mənimlə görüşməkdən qaçdılar”.
Araşdırmaların hələ sona çatmadığını deyən Rzaoğlu bildirb ki, Qarabağ müharibəsinə qoşulmuş və Xocalı soyqrımını törədən erməni hərbiçlər arasında peşman olan, olmayan da var. Jurnalistə ən çox pis təsir edən Xocalıya hucumda iştriak edən İsabekov soyadlı qazax türkünün hərəkəti olub. O, İsabekovla görüşə bilib. Məlum olub ki, onun ailəsi, ata və anası Xocalı soyqrımında iştirak etdiyinə görə ondan imtina ediblər. O, Qazaxıstanda tək-tənha yaşayır. İsabekovun özünün isə peşmançılıq mövqeyi belədir: "Məni Azərbaycan xalqının önündə dizim üstə güllələyin”.
Məqalədə diqqətimi çəkən ən maraqlı məlumatlardan biri də odur ki, 26 fevral gecəsi 366-cı motoatıcı dviziyaının tərkibində olan 5 türkmən əsgəri İsabekov soyadlı qazax türkündən fərqli olaraq Xocalıya hücum etməkdən imtina edib. Ermənilər o, 5 türkməni elə döyüşdən qabaq hərbi hissədə güllələyiblər.
Deməli həmin 5 Türkmən əsgəri bizim ilk Xocalı şəhidlərimizdir. Bir halda ki, qan qardaşımız olan Türk araşdırmaçı Əli Rzaoğlu ilk dəfə olaraq Xocalıya basqın etmiş SSRİ-nin 366-cı motoatıcı diviziyasının soyqırımda iştirak etmiş əsgər və komandirlərinin siyahısını araşdırıb onda onların arasından bizim ilk Xocalı şəhidlərimiz olan həmin 5 Türkmən əsgərinin adlarını, valideynlərinin ünvanlarını müəyyən etmək olar. Mən şəxsən bir ziyalı ağsaqqal kimi əminəm ki, biz onların adlarını müəyyən edib çox hörmətli prezidentimiz İ.Əliyevə təqdim edə bilsək o, onlara MİLLİ QƏHRƏMAN adlarının verilməsinə etiraz etməz. Çox yaxşı olardı ki, biz Xocalı soyqırımı tədbirlərimizdə də onların valideynlərini dərin hörmət və ehtiramla yad edib respublikamıza dəvət edək.
Dəhşətli hadisənin təsir gücünə baxın ki, Kanadada yaşayan Vasili Stardiyan jurnalistə deyib ki, Xocalıdan və Qarabağdan olan 170 uşağın böyrək, prostatını əməliyyat yolu ilə çıxarıb və Avropa, ABŞ-a satıb. Stardiyan Rzaoğluna etiraf edib ki, o körpələr hər gecə onun yuxusuna girir. Yaşayan bir ölü olduğunu etiraf edən Stardiyan Azərbaycan KİV-inə müsahibə verib hər şeyi danışmağa hazır olduğunu da deyib.
Milli Qəhrəman ruhlu ilk Xocalı şəhidlərimiz olan 5 Türkmən qardaşlarımıza Allah rəhmət eləsin, qəbrləri nurla dolsun!!!!
Sabir Tağıyev
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun Memarlıq abidələrinin
qorunması və bərpası problemləri
şöbəsinin böyük elmi işçisi, dosent