Xocavənd ərazisi minalardan təmizləndi - Rusiya MN

Xocavənd ərazisi minalardan təmizləndi - Rusiya MN

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Xocavənd rayonuna daxil olan ərazilərin minalardan təmizlənməsini başa çatdırıb.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

"23 noyabr 2020-ci il tarixdən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 1358,3 hektar ərazini, 425 kilometdən çox yolu, 1292 mənzili, o cümlədən 29 sosial əhəmiyyətli obyekti partlayıcılardan təmizləyib”, - məlumatda qeyd edilib.

Bildirilir ki, ərazilərin minalardan təmizlənməsi, habelə minaların partladılması zamanı hərbçilərin təhlükəsizliyini təmin etməyə və hər cür hava şəraitində ərazini yüksək vəziyyədə təmizləməyə imkan verən müasir "Uran-6” robot sistemlərindən istifadə edilib.

Bu zaman müəyən edilən partlayıcı maddələr və partlamamış döyüş sursatları xüsusi təchis edilmiş poliqona gətirilərək məhv edilib. Gətirilməsi mümkün olmayan partlayıcı maddələr isə təhlükəsizlik tədbirləri görülərək yerindəcə partladılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az