Kamil Oruc
Salam olsun sizə ey mənim “musır man” :) qaqalarım... Məni pis başa düşməyin gözümün işığı müsəlman qardaşlarım. Mənim sizinlə heç bir işim yoxdur. Mənim işim “musır man” qaqalarımladır. Belə də ki, fikirləşirsiz ki, əgər bu “musır man” qaqalarım deyirsə, elə bu da onlardandır- ancaq yox, mən sizə bunu fikirləşməyə macal verməyəcəyəm ona görə ki, “musır man” qaqalarımızı özümüzdən dışladığımız və yaxud da, ümumiyyətlə pisləri həmişə özümüzdən uzaqlaşdırıb, yaxşılara yaxın durmağımız elə bizi bu günə qoyub. Onu bilək və qəbul edək ki, onlar bizdən, biz də onlardanıq.
Insan olan məxluqat adətən təbii instinkt olaraq yaxşıya sarı durmağa çalışıb və çalısır. Buna bir sözüm və çözüm yoxdur. Lakin , məsələn, məsələn deyirəm haaaa:) əgər mənim (niyə mənim çünki, o instikti özüm də dağıtmaq istəyirəm) narkotik maddələrin aludəçisi olan bir qohumum varsa, mən onu həmişə nəslin üz qarası kimi görəcəm və təqdim edəcəm. Ona daha fərqli tərəfdən yanaşmaq, qohumumun niyə və nə üçün bu yola düşdüyünü öyrənmək heç fikrimin ucundan belə keçməyəcək. “Nəslimin üz qarası” ilə maraqlanmayacam , onun dərdinə dərman tapmaqda kömək etmək istəməyəcəm, “nəyimə lazımdır?! “deyəcəm. Bax bizim evimizi yıxan da elə bu “nəyimə lazımdır?!” ifadəsidir. Yuxarıda qeyd etdiyim də buna bənzər məsələdir, ancaq daha vacib və ümumxalq əhəmiyyəti daşıyan problemdir. Yəni, bu “gözəl xüsusiyyətimiz” ümummillət xarakteri daşıyanda daha öldürücü və dağıdıcı təsir buraxır insanlarımızın uzərində. Biz bir- birinə çox dəhşətli dərəcədə biganə olan, dünyanın ən nadir -ataloqu olmayan millətlərindənik: Qonşum acından ölür- cəhənnəmə ki “nəyimə lazımdır?!”; Bakıda 20 yanvar qrğını olub- ayə nə yaxşı oldu bizi tutmadı “kiri nəyinə lazımdır?!”; Ramil Səfərovu erməni diğasını öldürdüyünə görə Macarıstanda həbs ediblər- alə heç nə olmaz dövlət puldan basıb çıxaracaq “nəyinə lazımdır?!”; Argentina erməni soyqırımını tanıyıb- bizə nə eee bundan, türklərin məsələsidir qoy özləri də həll etsinlər ”nəyinə lazımdır?!” ; Bakı 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi üçün müraciət edib- qadan alım biz kimik ki?! dövlətin puluna nə gəlib reklam da edəcək,təbliğat da aparacaq. Sən bu işlərə burnunu soxma, öz işinlə məşğul ol “nəyinə lazımdır?!”; Filankəsin oğlunu əsgərlikdə komandır və gizir heyyəti döyərək öldürüb- kiri bala kiri, yerində-yurdunda qalsın!(yerində-yurdunda haa)”nəyinə lazımdır?!”; bəhmənkəslər haqlarını tələb etmək məqsədilə filan idarənin qarşısında aksiya keçiriblər- sən otur yerində köpəkoğlu, boynun hələ qoltuqalıi görməyib deyəsən!!! Əlində p....nu ye!!:) “nəyinə lazımdır?!”
Ay başınıza döndüyüm “musır man” qaqalarım belə olmaz axı?!!!! Dillənin də, xotdanın da gözümün işığı “musır man”larım! Səsinizi çıxarın da “cırtdanlarım”! Siz də əlinizi daşın altına qoyun ay mənim “xortdanlarım”! Elə edin ki. qonşunuz ac qalmasın, həmvətəninizin faciəsi sizin faciəniz, sevinci sizin sevinciniz olsun. Elə edin ki, millətimizin qazancı sizin qazancınız, ziyanı sizin ziyanınız kimi bu nəhəng beynəlxalq bazarda dövlətimizin ayaqda durmağına xidmət etsin.( bunu müxalifətçilər daha başqa tərəfə yoza bilərlər, amma, yozmasınlar) Elə edin ki, ölkənizin inkişafında sizin də “barmağınız” olsun( amma, nə fayda. Bizimkilərin “barmağı” yuxarıda sadaladıqlarımdan başqa hər yerdə var) Elə edin ki, sizin gözünüzün qabağında vətəndaşınız döyülməsin! Bir-birinizin paxıllığın çəkməyin-ayağından çəkmək və quyu qazmaqla Öz mənafeyinizi hər kəsin və hər şeyin(AZƏRBAYCAN) mənafeyindən öndə qoymayın.(bu sözüm “AZADLİQ” şüarı altında öz kəndi maraqları üçün hakimiyyət axtaranlaradır) Elə edin ki, ayılasınız ey mənim “musır man” qaqalarım. Axı, siz güclü “vuran”sınız... Bir-iki-üç yüz “vurub” dayandırmaq istəmisiniz, amma, alınmayıb... Neçə yüz illərdir hallısız...:) Bu da sizə mənim müsəlman qardaşlarım olmağa imkan vermir və “musır man” qaqalarım olaraq qalırsınız...
Bir də yadımdan çıxmamış sizə bir şey deyim yadınızdan çıxmasın: Müsəlmana “vurmaq” qadağandır.(bizim qanunlara əsasən yox aaa! Onlar onsuz da işləmir) Bunu aglım kəsəndən bilirəm. Amma “musır man” qaqalarıma bu “vurmağa “meylin haradan sirayət etdiyini vallahi də, billahi də bilmirəm, öyrənə bilməmişəm, çox güman ki, aydınlaşdıra da bilməyəcəm... Belə...
P.S Oyanın ey “musır man”larım, bəsdir daha”cırtdanlarım”,boldur hələ ”xortdanlarım”...