Xoşbəxt cütlüklər niyə bir-birinə xəyanət edir?
İnsan niyə xəyanət edir? Xüsusilə də, xoşbəxt cütlüklər bir-birini niyə aldadır? Bundan başqa, xəyanət tam olaraq hansı mənaya gəlir? Niyə kişinin darıxması və yaxınlıq qorxusu ilə aldatdığını düşündüyümüz halda, qadının tənhalıq və yaxınlığa duyduğu aclıqdan dolayı aldatdığına inanırıq? Bəs xəyanət görəsən hər zaman münasibətin sonu deməkdir?
TED məruzəçilərindən Esther Perel də məhz bu sualların cavabını axtarır. Perelin nitqində toxunduğu məqamlar həqiqətən çox maraqlıdır. Xəyanət dünyada çox geniş yayılmasına baxmayaraq, çox az dərk edilmiş bir mövzudur. Perel məhz nəyin xəyanət kimi qəbul edildiyinə dair universal bir tərif olmadığı üçün, bunun getdikcə genişləndiyinə diqqət çəkir. Bu vəziyyət hal-hazırda kimin nə qədər aldatdığına dair faizlərin müəyyən edilməsini də hesablamağı qeyri-mümkün edir.
Xəyanətin bir digər xüsusiyyəti isə onun məxfiliyidir. Marcel Proustun "Bizim sevgimizdən cavabdeh olan öz xəyal gücümüzdür, digər insan deyil,”- sözünü xatırladan Perel, xəyanətin əslində nə qədər asan, ancaq psixoloji yükünün də bir o qədər əhəmiyyətli olduğunu deyir.
Perel, xəyanətin məhəbbəti parçaladığını deyir. Ancaq bundan da dağıdıcı olanı, xəyanətin mənlik hissini təhdid edərək, travmatik nəticələr doğurmasıdır. Etibar itkisi mənlik böhranına səbəb olur. Aldadılan adam "Yenidən kiməsə etibar edə bilərəmmi?” deyə mühakimə etməyə başlayır.
"Əgər bir insan aldadırsa, ya münasibətdə ya da özündə bir problem var,” şəklindəki tipik fərziyyələri xatırladan Perel, "Bəs ehtirasının müəyyən bir ömrü varsa? Ya yaxşı münasibətinin də heç vaxt doydura bilmədiyi şeylər varsa? Əgər xoşbəxt insanlar da aldadırsa, bu nə ilə əlaqədardır?” – deyə soruşur. Perel’in xəstələrindən müşahidə etdiyi təcrübələrə əsaslanaraq, bu suala verdiyi cavab belədir: "Xəyanəti mərkəzində insanın itirdiyi parçasına, itirdiyi həyat enerjisinə qarşı bir axtarış durur. Yəni, xəyanət edən şəxs əslində "başqa bir insan deyil, başqa bir mən” axtarır.” Çünki aldadan insanlar, özlərini "canlı” hiss etdiklərini deyirlər. Perel, bunu deyən adamların adətən, yaxınlarını itirmiş insanlar olduqlarına işarə edir. Bir sözlə? bəzi xəyanətlər əslində bir növ ölümü məğlub etmək səyidir.”
Yaxşı, bəs xəyanət istəyi aradan qaldırıla bilərmi? Perel buna çoxlarının istədiyi cavabı verir. Bəli, xəyanət nə qədər dərinə işləsə də, sağaldılması mümkündür. Aldatmış kişi və ya qadını bağışlayaraq, birlikdə qalmış cütlüklərdən bir çoxunda bir-birinə qarşı daha dürüst olmaq istəyi müşahidə edilmişdir. Hətta, bəzilərində bu cinsi arzunu da çoxaltmışdır./Qaynar.info/
Miq.az