Yadigar Sadıqlıdan Arif Hacılıya İTTİHAM: “Müsavatı biabır edirsiniz”

Yadigar Sadıqlıdan Arif Hacılıya İTTİHAM: “Müsavatı biabır edirsiniz”

"Müsavat Partiyasını 88 saylı seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Aqil Mahmudov ətrafında dünəndən gedən müzakirələri izləyirəm. Ona qarşı ittihamlara cavab olacaq alababat bir arqument görmədim. Adam 2005-ci ildə siyasi mövqeyinə görə həbs olunan Ruslan Bəşirliyə qarşı yalan ifadələr belə veribmiş. Ən maraqlısı da odur ki, Ruslan Bəşirlinin vəkili Müsavat Partiyasının indiki başqan müavini və Divan üzvü Osman Kazımov olub. Yəni "bilməmişik", "xəbərimiz olmayıb" kimi arqumentlərə yer qalmır. Üstəlik, Osman Kazımov da indi Ruslan Bəşirliyə yazır ki, 2005-də olan şey 2019-da niyə yadına düşüb. Görəsən, bu hadisənin Aqil Mahmudov Müsavatdan namizəd olanda deyil, nə zaman xatırlanılacaqdı?"

Miq.Az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanının keçmiş müşaviri Yadigar Sadıqlı deyib. O, "Facebook" paylaşımında Müsavat rəhbərliyinə belə suallar ünvanlayır: "Niyə axı, niyə? Hansı səbəb, hansı motiv sizi məcbur edir belə adamı partiyaya qəbul edib, hələ namizədliyini irəli sürəsiniz? Ziyanı göz önündə olan bu addımın uduşu nədir?

Bilirəm, heç nəyə cavab verməyəcəksiniz. Əksinə, Arif Hacılı daxildə təbliğat aparacaq ki, Yadigar deputat olmaq üçün Müsavata (rəhbərliyə yox, Müsavata!) hücum edir. Ölüm də fəaliyyəti var axı... Bəlkə İsa Qəmbər "mübarizə hakimiyyətlə Müsavat arasında gedir" kimi növbəti aforizm də deyəcək. Amma bununla vəziyyət dəyişmir ey, Müsavatı günü-gündən biabır edirsiniz".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az