Moskvada təyyarənin alışmasına səbəb ildırım olub
Rusiya prezidenti Vladimir Putin Moskvada baş verən təyyarə qəzasında zərərçəkənlərə kömək göstərilməsi ilə bağlı göstəriş verib. İstiPress-in məlumatına görə, dövlət başçısı təyyarə qəzası nəticəsində yaxınlarına itirənlərin ailələrinə də başsağlığı verib.
Hadisə şahidlərinin sözlərinə görə, 41 nəfərin ölümü ilə nəticələnən hadisəyə səbəb ildırım olub. Belə ki, Moskvadan Murmanska getmək üçün havaya qalxan təyyarəni ildırım vurub. Təyyarə 28 dəqiqə uçduqdan sonra təcili şəkildə geri qayıdıb.
Yanan "SSJ-100"ün pilotu Denis Evdokimovun sözlərinə görə, yanğın enişdən sonra başlayıb. Yəni havada hər hansı alışma olmayıb. Onun sözlərinə görə, ildırım zərbəsindən sonra radio əlaqə itib, avadanlığın işində problem yaranıb.
Artıq yanan təyyarənin içindən də kadrlar yayılıb. Dəhşətli kadrları laynerin içində olan sərnişinlər çəkə biliblər. Kadrlarda hadisənin bütün dəhşəti açıq-aydın görünür. İnsanlar alovlardan xilas olmaq üçün qapıları açmağa çalışır, həyəcanla qışqırırlar.
İddiaya görə, bəzi sərnişinlər evakuasiya zamanı öz baqajlarını xilas etmək istəyiblər. Bu isə arxa sıralarda oturanların xilas edilməsində problemlər yaradıb.
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü