Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

"Report”un xəbərinə görə, hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü İlqar Əhmədağa oğlu Zeynalov idarə etdiyi UAZ markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Seymur Elxan oğlu Zeynallı və İsmət Etibar oğlu Zeynallı xəsarət alıblar. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az