Yarım milyon insan deportasiya olunub - Zelenski

Yarım milyon insan deportasiya olunub - Zelenski

Rus işğalçıları artıq ən azı 500 min ukraynalını işğal etdikləri ərazilərdən çıxarıblar.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Portuqaliya mətbuatına müsahibəsində deyib.

"Bu, sizin iki Porto şəhəriniz kimidir. Sadəcə təsəvvür edin. İnsanlar var idi və onlar yoxdur. 500 min nəfər! Bu deportasiyadır. Keçmişin ən dəhşətli totalitar rejimləri belə edirdi”, - Zelenski vurğulayıb.

O vurğulayıb ki, deportasiya olunmuş ukraynalılar rabitə vasitələrindən məhrumdurlar, onlardan hər şey, hətta sənədlər də alınır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az