Yaşıllıq cəlladları Məhəmməd Hadi küçəsində sakinləri hədələdi: gecəyarı naməlum zəng... - Fotolar

Yaşıllıq cəlladları Məhəmməd Hadi küçəsində sakinləri hədələdi: gecəyarı naməlum zəng... - Fotolar

Xətai rayonu M.Hadi küçəsində iki binanın sakinləri gecə saatlarında ayağa qalxıblar.

Musavat.com xəbər verir ki, sakinlərin küçələrə çıxmasına səbəb naməlum nömrədən gələn telefon zəngi olub. Sakinlər bildiriblər ki, zəng edən şəxs onları hədələyib. Zəngdən dərhal sonra isə sakinlərin qoruduğu ərazidəki projektorun işıqları kəsilib. Bina sakinləri dərhal məsələ ilə bağlı polisə muraciət ediblər. Hazırda polis ərazidədir. 

Qeyd edək ki, 2 gün əvvəl M.Hadi küçəsindəki 93 və 99 nömrəli binaların arasında çəpərlənmə işləri görülərək 130 -a yaxın ağac köçürülüb, bəziləri isə gecəylə kəsilib.

Bina sakinlərinin etirazından sonra ərazidə yenidən ağaclar əkilib. Gün ərzində ərazi sakinlər tərəfindən növbəylə qorunur.

   

 
 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az