Yataqlarda 430 ton qızıl var

Yataqlarda 430 ton qızıl var

Vətəninfo.az  xəbər verir ki, Gədəbəy qızıl mədənindənsə 22 ton qızıl çıxarılacaq. “Anglo Asian Mining Plc” şirkəti Azərbaycanın əsas qızıl istehsalçısıdır. Bu şirkət bu ilin ilk yarısında istehsalı 54,6 faiz artırıb. Əldə olunan nəticə onu deməyə əsas verir ki, dağ-mədən sənayesi üzrə ixtisaslaşmış şirkət planlaşdırdığı hədəfə, yəni mədəndən illik  62-67 min unsiya (29,86 qrama bərabər köhnə çəki ölçüsü) qızıl çıxarmaq hədəfinə çata biləcək.

Ofisi Londonda olan “Anglo Asian Mining Plc” şirkətinin icraşı direktoru Reza Vəziri agentliyə bildirib ki,əminliklə demək olar ki,  müəssə qarşıya qoyulmuş planı yerinə yetirəcək. “Anglo Asian Mining Plc” şirkəti Gədəbəydə və Azərbaycanın digər yerlərindəki mədənlərdən qızıl çıxarır. Müqaviləyə əsasən əldə olunan qızılın 49 faizi Azərbaycan hökumətinə çatır. Xəbərdə qeyd olunur ki, 2009-cu ildən Gədəbəy qızıl mədənindən qızıl çıxarılmaqdadır. Mədəndən çıxarılacaq qızılın ümumi çəkisinin 22 ton çivarında olacağı gözlənilir. Diqqət çəkən məqamlardan biri də odur ki, şirkət bu ilin ilk yarısında 23.545 unsiya qızılı 1.297 dollardan sata bilib.

Gümüş və mis istehsalı ilə də məşğul olan şirkət “R.V. Investment Group Services”in nəzarəti altındadır. Və bu qrup Azərbaycanın qərbində qızl mədənlərinin sayını artırmağı düşünür. Orada olan qızıl ehtiyatlarının hardasa 430 ton olduğu ehtimal edilir. Onu da qeyd edək ki, son vatlar Gədəbəydə qızıl və miss mədnlərinin istismarı zamanı istifadə olanan kimyəvi maddələrin ətraf mühitə mənfi təsirləri ilə bağlı yerli sakinlər arasında şikayətlər çoxalıb. Xüsusən kimyəvi tullantıların təmizlənmədən yerli çaylara və arxlara axıdılması ev heyvanların kütləvi tələfatına səbəb olub.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az