Yazıçı Anardan kürəkəninin həbsi ilə bağlı suala ƏSƏBİ REAKSİYA

Yazıçı Anardan kürəkəninin həbsi ilə bağlı suala ƏSƏBİ REAKSİYA
Xəbər verdiyimiz kimi, Şəkidə meşəlik ərazidə ağacları kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan "AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Məhkmə "Plazalar kralı” kimi tanınan Qafar Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Qeyd edək ki, mətbautda Qafar Dəmirçinin xalq yazıçısı, AYB sədri Anarın kürəkəni olduğu barədə məlumatlar yayılıb. Qeyd olunur ki, "Plazalar kralı" yazıçı Günel Anarqızının övladı Sezen Məmmədlinin həyat yoldaşıdır.
Qafar Dəmirçinin həbsi, eləcə də bu məsələdə adının hallanması ilə bağlı xalq yazıçısı Anarıa əlaqə saxladıq. O, isə sualımızı eşidən kimi əsəbi şəkildə ona cavab veməkdən imtina etdi:
"Mən bu suala cavab vermirəm!”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az