Yazıçımız daha bir nüfuzlu siyahıda

Yazıçımız daha bir nüfuzlu siyahıda

Polşanın paytaxtı Varşavanın evsahibliyi etdiyi Slavyan Ədəbiyyat Festivalının YUNESKO və IWU təsisatları ilə birgə təqdim edəcəkləri Adam Mitskeviç adına Beynəlxalq Mükafatın 18 nəfərdən ibarət nominantlar siyahısı nəhayət ki, açıqlandı. Siyahıda azərbaycanlı yazıçı Varisin də adı vardır. Həmyerlimiz bu şərəfə ötən ilin sonunda Moskvada işıq üzü görmüş «3+1» audiokitabına görə layiq görülmüşdür.
    
«3+1» audiokitabı günümüzün hazırkı qaranlığında axtarıb işıq tapanlar barədə psixoloji xarakteristikadır, bir pozitivin üç neqativ üzərindəki qələbəsinin şərhidir. Kitabın leytmotivi isə budur:  
 
«İnsan özünün ən güclü zərbələrini yaşadığı zamanın ən zəif vaxtlarına saxlamalıdır».

Qeyd edək ki, nominantların hamısı Adam Mitskeviç adına diploma layiq görüləcəklər. Qalib isə baş mükafatı – Mitskeviç medalını qazanacaqdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az