Yenə də “Səlib”, yenə də “Xaç” müharibələri...

Yenə də “Səlib”, yenə də “Xaç” müharibələri...
Dilavər Əzimli

Bu gün İraq və Suriyada baş verənlər Avropa, Rusiya və ABŞ-ın yeni simasını ortaya qoydu. Əslində, tarix yenidən təkrarlanır. Yenə də "Səlib” müharibələri, yenə də "Xaç” müharibələri...Bunu həyata keçirmək üçün iki yüz ilə qədər hazırlıq gördülər. Bu gün onun nəticəsini görürük. İslam dünyasında nəzarəti əllərinə keçirdilər. İslamı "vəhşi” obrazda təqdim edə bildilər. İslam dünyasında hakimiyyətə gətirdikləri süalələr vasitəsiylə istədiklərini həyata keçirdilər. Ona görə islam dünyası yazırıq ki, artıq Türk dünyasını parçalamışdılar. Türk dünyasının böyük bir hissəsinə Rusiya yiyələnmiş, İranda da Qacarları devirmiş, fars pəhləviləri iqtidara gətirmişdilər. Bircə Türkiyə qalmışdı ki, o da onların nəzarəti altında idi. 

İslam dünyasını fanatizm bürüyürdü. Elm demək olar ki, inkişaf etmirdi. Əslində, islam elə elm deməkdir. Qərbdə, ABŞ-da universitetlər inkişaf edir, bunu əvəzində müsəlman dünyası cəhalət içində boğulurdu. Dini məzhəblərin idarəçiliyini ələ keçirmişdilər. İranda ingilis mətbəxində hazırlanan şiəlik, Türkiyədə də yəhudu mətbəxində hazırlanan sünnilik həyata keçirilirdi. Əslində, yəhudi mətbəxinə də nəzarət ingilislərin əlində olmuşdur. "Orta Doğu” projesini hazırlamışdılar. Bu projeni indi həyata keçirirlər. İlk olaraq təxminən, iyirmi il bundan əvvəl İraq və Suriyanın ən qədim kitabxanalrını, əlyazmalar saxlanılan fondları məhv etdilər. İraqda ən qədim muzeyləri darmadağın etdilər. Əslində, bu "Orta Doğu” projesinin başlanğıcı idi. SSRİ süqut etdikdən sonra da bu ərazilərə sələfiləri, vəhabiləri, nurçuları yönəltdilər. Yeni yaranan dövlətlərdə öz adamlarını iqtidara gətirə bildilər. İlk olaraq bunu Ərəb dünyasında həyata keçirmişdilər. Çox keçmədi ki, "Ərəb baharı” işə düşdü. Nəticə göz qabağındadır. İraq və Suriyada 62 dövlətin hərbi hissələri müharibə aparır. Birinci Dünya müharibəsində bu qədər dövlət iştirak etmirdi. O boyda ərazinin infrastrukturunu məhv etdilər. İnsanlar qan içində çabalayırlar. Onların ahını eşitmirlər. Budurmu, Qərb, ABŞ demokratiyası? Özləri yaxşı yaşamaqdan ötəri dünyanın qalan hissəsini məhv edirlər. Ərəb dünyası 100 il özünə gələ bilməyəcəkdir. Bu gün arxayın şəkildə oralarda döyüş aparırlar. Belə təhlükə Şərqin başqa ərazilərini də gözləyir. Çünki buna qədər oralarda da öz işlərini görüblər. Sözəbaxan adamları iqtidara gətirməklə, oralarda rüşvəti, korrupsiyanı yayıblar. Bilirlər ki, əhali həmin ərazilərdə iqtidarlardan bərk narazıdırlar. Necə ki, Ərəb ölkələrində olduğu kimi...

Bu gün bu qüvvələrə qarşı dirənişi yenə də Türkiyə göstərir. Türkiyə orta əsrlərdə olduğu kimi səlibçilərlə mübarizədə tək döyüşür. Amma Türkiyədə də müəyyən qüvvələr var ki, Türkiyənin imicinə ziyan gətirirlər. Bunlar ifrat dinçi qüvvələrdir. Bu qüvvələr Azərbaycanda da fəaldırlar. Onların məqsədi Türkiyə-Azərbaycan əlaqələrinə daima zərbə endirmək və dini təfriqə salmaqdır. Onların da əlləri xaricdə yaşayan ağalarının cibindən çıxır. 
 

İran isə Qərb, Rusiya və ABŞ dövlətinin nökəri qismində çıxış edir. Bu dövlət müsəlman dünyasına yalnız ziyan gətirir. Belə dövlətlərdən biri də Səudiyyə Ərəbistanı və Qətərdir. Bunlar da sələfi və vəhabi istehsal etməklə məşğuldurlar. Göründüyü kimi, vəziyyət ürəkaçan deyildir. Şəxsən biz ümidverici bir nəticə görmürük. Hesab edirik ki, bu su çox yerləri aparacaq. Bəs bunun qarşısına necə çıxmalı? 

I Səlib Yürüşünün başçılarından olan Bulonlu Qodfrua

Bu gün bunu Türk-müsəlan dünyasının iqtidarları düşünməlidir. Çünki bəla gələndə onlara da gələcək. Bütöv Azərbaycan Ocaqları olaraq hesab edirik ki, onlar rüşvətə, korrupsiyaya qarşı amansız mübarizə aparmalıdırlar. Milli qüvvələrin dövlət strukturlarına cəlb olunmasına çalışmaqla yanaşı vətəndaş həmrəylyinə nail olmalıdırlar. Xalqın malını mənimsəyənlər ciddi cəzalandırımalıdırlar ki, xalq özündə inamı yüksəldə bilsin. Xalqın seçdiyi insanlar parlamentdə təmsil olunmalıdırlar. Bunları etmək olarmı? Bu suala da cavab verə bilmirik. Yalnız onu deyə bilərik ki, bunlar həaya keçirilməsə, biz Qərb, Rusiya və ABŞ projelərinin amansız sonluğunun qurbanlarına çevrilə bilərik.  Allah bundan qorusun!!!
 
Miq.az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az