Yeni baş prokuror ilk çıxışını etdi

Yeni baş prokuror ilk çıxışını etdi

Yüksək etimad göstərərək məni Baş prokror vəzifəsində təqdim etdiyi üçün ölkənin siyasi rəhbərliyinə, Cənab Prezident İlham Əliyevə və bu təqdimatı dəstəklədiyi üçün Milli Məclisin deputatlarına dərin təşəkkürümü bildirirəm.

Miq.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev Milli Məclisdə çıxışı zamanı deyib.

K.Əliyev çıxışında ölkənin iqtisadi-siyasi inkişafı, məhkəmə-hüquq sistemində aparılan islahatlara toxunaraq bildirib ki, islahatlar prokrorluq orqanlarında da davam etdirirlir:

"Aparılan islahatlar Prokrorluq qarşısında ümdə vəzifələr qoyub. Bunlar bütün cinayət əməllərinə qarşı fəaliyyət, güc strukturları ilə əməkdaşlıq, insan hüquq və azadlıqlarının qorunması, kölgə iqtisadiyyatına qarşı aparılan işlərdə yaxından iştirak etmək, korrupsiyaya qarşı fəaliyyət, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və digər məsələlərdir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az