"Yeni dünya düzənini onlar yaradacaq: Ərdoğan, Putin, Tramp” – "Arqumenti i faktı”


"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladmir Putin və ABŞ prezidenti Donald Tramp birlikdə yeni dünya düzənini yaratmalıdır”.  Rusiyada nəşr olunan nüfuzlu "Arqumenti i faktı” qəzeti belə yazıb.

Qəzetin yazdığına görə, Donald Trampın Amerikadakı seçkidə qələbə qazanması, Türkiyə və Rusiya arasında son zamanlar müşahidə olunan yaxınlaşma bu imkanı yaradır.

Cebhe.info xəbər verir ki, məqalə müəllifi dünyanın Ərdoğan, Putin və Tramp kimi güclü liderlərə ehtiyacı olduğunu vurğulayaraq onların üçünün anlaşaraq yeni dünya düzəni ilə bağlı qəti qərar verməli olduğu fikrindədir.

"Dünya yenə güclü liderlərə ehtiyac duyur. Rusiyada Vladimir Putin, Türkiyəədə Rəcəb Tayyıb Ərdoğan, Amerikada isə Donald Tramp. Onlar üçlükdə anlaşaraq dünya düzənini yaratmalıdırlar. Ancaq etmək olacaqmı?”,- deyə müəllif qeyd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az