Yeni il ağacı bıçaq, güllə və alışqan ilə bəzədildi
Litvanın Vilnius Hava Limanı, sərnişinlərdən müsadirə olunan əşyalardan hazırlanmış alternativ bayram ağacını təqdim edib.
Miq.az bbc-yə istinadən xəbər verir ki, 1.5 metr hündürlüyündə olan ağac, 2 həftə ərzində hazırlanıb. Şam ağacının qeyri-adi bəzədilməsində məqsəd aviasiya təhlükəsizliyinin əhəmiyyəti barədə maarifləndirici mesaj göndərməkdir.
Həmçinin, Vilnius Hava Limanı qeyd edib ki, qadağan olunmuş əşyaları gələn il Milad ağacında görmək istəmirsinizsə, növbəti uçuşunuzda əl yüklərinizi qaydalara uyğun qablaşdırmaq lazımdır.
Günay Arifqızı