Yeni Ombudsman məşhur deputatın xanımıdır - Dosye

Yeni Ombudsman məşhur deputatın xanımıdır - Dosye

Milli Məclisin bugünkü plenar iclasında Səbinə Əliyeva yeni ombudsman seçilib.

Miq.Az xəbər verir ki, S.Əliyeva 7 may 1980-ci ildə doğulub. Hüquqşünas ixtisası üzrə təhsil alıb. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi var, 3-cü dərəcə Dövlət müşaviridir.

Ölkə başçısı tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

O, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

S.Əliyeva Azərbaycanın Çindəki keçmiş səfiri və sabiq millət vəkili Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az