Yeni qanun layihəsi müzakirəyə çıxarılır

Yeni qanun layihəsi müzakirəyə çıxarılır

“Nəzərə alsaq ki, parlamentlərarası əlaqələr xalq diplomatiyasının inkişafına böyük təkan verir, onda bu, işimizin əhəmiyyətini daha da artırır.”

“Vətəninfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı rəhbəri Ərəstun Cavadov yap.org.az saytına müsahibəsində deyib.

O bildirib ki, Milli Məclisdə Azərbaycandan olan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşü keçirilib. Görüşdə mövcud əlaqələrimiz və bu əlaqələrin inkişaf perspektivləri ilə bağlı söhbətləri olub.Deputatlarımız tərəfindən İordaniya Senatının nümayəndələrinə qanunvericiliyimizlə bağlı ümumiləşdirilmiş məlumatlar verilib. Onlar çox təəccüb və məmnunluq hissi ilə bildiriblər ki, çox qısa bir zamanda, yəni 20 illik müstəqillik dövründə çox təkmil, müasir sivilizasiyaya və beynəlxalq hüquqa uyğunlaşdırılan, humanist qanunvericilik bazanız mövcuddur. Bu mənada onlar bizim qanunvericilik praktikamızdan yararlanacaqlarını bildirdilər. Və biz hesab edirik ki, bu qarşılıqlı olmalıdır. 

Əməkdaşlığımızın beynəlxalq təşkilatlarda və ikitərəfli səviyyədə genişləndirilməsinin inkişaf perspektivlərini geniş müzakirə etdik-deyən deputat, , parlamentlərarası əlaqələrin xalq diplomatiyasının inkişafına böyük təkan verdiyini vurğulayıb.

Ə.Cavadov onu da deyib ki, yay aylarında müzakirəyə təqdim oluna biləcək yeni qanun layihəsi hazırlamağı düşünür:

“Azərbaycan kənd təsərrüfatı siyasətinin fermerlər üçün strategiyasının mərkəzində məhz informasiya-məsləhət xidməti dayanmalıdır. Müasir və innovativ məsləhət-informasiyalar fermerlərin kənd təsərrüfatı üzrə bilik və bacarıqlarını artıracaq və nəticədə təsərrüfata qoyulan vəsaitdən gəlirlər yüksələcək. Bir sözlə, yay aylarında bu istiqamətdə müzakirəyə təqdim oluna biləcək qanun layihəsi hazırlamağı düşünürəm”.

Mirvari Nəcəf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az