Yol polisi sürücünü ələ salıb ağlatdı - VİDEO çəkib sevgilisinə göndərdi

Yol polisi sürücünü ələ salıb ağlatdı - VİDEO çəkib sevgilisinə göndərdi
Azərbaycanda yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb. Sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin sevgilisi olub.
Hadisə DYP-nin Sabirabad postunda baş verib. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin "saxla" işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə "görmədim, tanımadım" deyə-deyə onlara yalvarmağa başlayır.
Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir. Videodan belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir və o, yol polisinin "saxla" işarəsinə əməl etməyərək hərəkəti davam etdirib. Onun bu hərəkəti heç də təqdir olunası hal deyil. Sürücü özü də etiraf edir ki, "elə bildim İmişli "QAİ"sidir, ona görə dayanmadım".
Yəni, özü də etiraf edir ki, polisə tabe olmayıb. Əgər belədirsə və yükdaşıma qaydalarını pozubsa, heç şübhəsiz ki, onu mütləq cəzalandırmaq lazımdır. Lakin yol polisi əməkdaşının sürücünün yazıq görkəm alıb yalvarmasını, ağlamasını telefonla çəkib görüşdüyü qadına göndərməsi cəzasız qalmamalıdır.(Avtosfer.az)
 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az