Bakıda yol polisinə qarşı xuliqanlıq edən "Porsche" sürücüsü Səbail rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətində azadlıqdan məhrum edilib.
Bu barədə Bakı şəhər Vətəninfo.az-a Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, hadisəni törədən 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylının məhkəməsi keçirilib.
Məhkəmədə ifadə verən Əliağa Kürçaylı bildirib ki, hadisə baş verən vaxt, yəni dekabrın 4-də saat 20:10-da Kristal Zalda keçirilən tədbirə gecikirmiş. Bu səbəbdən metronun “İçərişəhər” metrosu qarşısında, yəni İstiqlaliyyət küçəsilə Şeyx Şamil küçəsinin kəsişməsində polisin istiqamət göstərişinə tabe olmayıb.
Qeyd edək ki, ötən gün Bakının mərkəzində "Porsche" sürücüsünün yol polisinə qarşı etdiyi hərəkət hər kəsi şoka salıb.
Hadisə yerində olan əməkdaşının məlumatına görə, yol polisi İstiqlaliyyət küçəsində yolu bağlayan zaman 90 KF 155 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobilin sürücüsü onun əmrinə tabe olmayıb.
Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Sonradan bu hərəkətini təkrarlayaraq polisi vurub kənara tullayıb və avtomobilini sürüb gedib. Hadisə zamanı hadisə yerində xidmət göstərən polis serjant Orxan Əliyevi maşınla vurub.
Vaqif Əsədov onu da xatırladıb ki, yol polisinin əmrinə tabe olmayan sürücülər inzibati xətalar məcəlləsinn 310-cu maddəsilə məsuliyyət daşıyır.