Yubileyin astanasında

Yubileyin astanasında

İyunun 7-də Serbiya ilə keçiriləcək yoxlama oyunu Azərbaycan yığmasının tarixində 213-cü qarşılaşma olacaq. Vətəninfo.az  Apasport.az-a istinadən xəbər verir ki, ilk görüşünü 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən (3:6) komandamız 2015-ci ilin ilk yoxlama matçınadək 212 oyunda qüvvəsini sınayıb.
Avstriyanın Sankt-Polten şəhərində baş tutacaq qarşılaşmayadək 39 qələbə qazanan yığmamız yubiley – 40-cı uğurun astanasındadı. Hesabında 56 heç-heçə olan komandamız 117 dəfə meydanı başıaşağı tərk edib.
Yığmamızın futbolçuları bu görüşlərdə 150 dəfə rəqib qapısına yol tapıb. Bu qarşılaşmalarda qapıçılarımız 365 topun buraxılmasına üzülüb.
2015-ci ildə 2-ci oyununa çıxacaq komandamız martın 28-da Malta ilə AVRO-2016-nin seçmə mərhələsinin ev matçında qalib gəlmişdi – 2:0. Bu il keçirdiyi yeganə matçda qol buraxmadan qalib gələn millimiz uğurunu seriyaya çevirmək əzmindədi.
Komandamız tarixində 110-cu yoxlama oyununda qüvvəsini sınayacaq. Beynəlxalq mini turnirləri də nəzərə alsaq, millimiz yoldaşlıq xarakteri daşıyan matçlarda 29 qələbə qazanıb, 37 heç-heçə edib və 63 dəfə yenilib. 30-cu qələbə arzusunda olan futbolçularımız 98 qol vurub, 138-ni buraxıb.
Serbiya ilə görüş Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin bu postda 2-ci qarşılaşması olacaq. Malta ilə görüşdə qələbəyə sevinən xorvatiyalı çalışdırıcı ilk dəfə yoxlama görüşündə millimizə rəhbərlik edəcək. Düzdü, Ukrayna “Şaxtyor”u ilə sınaqda da yığmamızı Prosineçki çalışdırırdı. Lakin həmin matç qeyri-rəsmi xarakter daşıdığından hesaba alınmır.
Bu görüş Azərbaycan və Serbiya millilərinin 5-ci matçıdı. Əvvəl yalnız seçmə oyunlarında qarşılaşan rəqiblərin duellərində yığmamız 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. Bu qarşılaşmalarda 5 qol vuran futbolçularımız 10 top buraxıb.
İndiyədək iyunun 7-də 3 oyun keçirən yığmamız bütün qarşılaşmalarda qol sevinci yaşayıb. 1993-cü ildə Qırğızıstanı 3:2 hesabı ilə məğlub edən millimiz 2011-ci ildə Almaniya (1:3), 2013-cü ildə Lüksemburqa (1:1) qalib gəlməsə də, qol sevinci yaşayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az