Yunus Oğuzun “Attila” kitabı rus dilinə tərcümə edilib

Yunus Oğuzun “Attila” kitabı rus dilinə tərcümə edilib
Vətəninfo.az xəbər verir ki, yazıçı-publisist Yunus Oğuzun "Attila” kitabı rus dilində işıq üzü görüb. Redaktoru Oksana Bulanova olan kitab rus dilinə Əli Səidov tərəfindən tərcümə olunub. Kitabda qeyd olunur ki, yazıçı-publisist Yunus Oğuz müasir dövrümüzdə ən məşhur janrlardan olan tarixi mövzularda əsərlər yazmaqla qədim türk tarixini təbliğ edir. Kitabda türk sərkədəsi Attilanın idarəçilik metodundan, güclü sərkərdəliyindən, qazandığı qələbələrdən geniş söhbət açılır və oxuculara məlumat verilir.

"Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” adlı kitab çap edilib

Qeyd edək ki, fəlsəfə üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi Sabir Bəşirovun "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” adlı kitabı da işıq üzü görüb. Kitabda Yunus Oğuzun "Attila”, "Nadir şah”, "Təhmasib şah”, "Əmir Teymur”, "Şah arvadı və Cadugər” əsərlərinə toxunan müəllif qeyd edir ki, Yunus Oğuz hər bir əsəri ilə bir dövrə, hadisələrə aydınlıq gətirir. Sabir Bəşirov təəssüf hissi ilə qeyd edir ki, Yunus Oğuz kimi tarixi dərindən bilən, həm də bədii təfəkkürlü yazıçılarımız demək olar ki, yoxdur: "80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi, tarixi əsərlər müəllifi, yaş etibari ilə ən cavanı Yunus Oğuz o yazıçılardandır ki, sakitcə, hay-küysüz, ilk mənbələr əsasında, böyük zəhmət hesabına bir-birinin ardınca çox qiymətli tarixi əsərlər yazır”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az