Özbəkistan Prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq.

Miq.Az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycana səfər edəcək. Səfər proqramında iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların aparılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

O cümlədən, gündəliyə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi daxildir. Danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az