Zelenski: Təhlil edib, sonra danışıqlara gedəcəyik!

Zelenski: Təhlil edib, sonra danışıqlara gedəcəyik!

Nümayəndə heyəti Kiyevə qayıtdıqdan sonra danışıqları təhlil edəcəyik və buna əsasən ikinci raunda keçəcəyik.

Miq.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Nümayəndə heyəti Kiyevə qayıdanda eşitdiklərimizi təhlil edəcəyik və sonra danışıqların ikinci raunduna necə keçəcəyimizə qərar verəcəyik”, - deyə Zelenski videomüraciətində bildirib.

Qeyd edək ki, ötən gün Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Müzakirələrdə hər hansı nəticə əldə edilməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az