“Zelenskini öldürmək istəmirik” - Peskov

“Zelenskini öldürmək istəmirik” - Peskov

Kremlin sözçüsü Dmitri Peskov Rusiya hökumətinin Ukrayna Prezidenti Vladimir Zelenskini öldürmək istəməsi ilə bağlı iddiaları təkzib edib.

Miq.Az xəbər verir ki, Peskov məsələ ilə əlaqədar suala "Xeyr, bu doğru deyil” cavabını verib.

"Rusiya Zelenskinin Moskva-Kiyev danışıqlarında irəli sürülən şərtləri qəbul etməsində maraqlıdır, hərbi əməliyyatı bu şəkildə bitirməyi hədəfləyir”, - Peskov deyib.

Kremlin sözçüsü həmçinin əlavə edib:

"Rusiya qüvvələrinin Kiyev bölgəsindən çıxarılması dialoq üçün əlverişli şərait yaratmaq baxımından xoşməramlılıq əlamətidir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az