"Özün heç nə etmədiyin halda başqasından gözləyirsən" - Koçaryan Paşinyanı aşağıladı


Paşinyan, sən heç nə edə bilmirsənsə, KTMT-yə niyə müraciət ünvanlayırsan?

Miq.Az Erməni KİV-ə istinadən xəəbr verir ki,  sabiq prezident Robert Koçaryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərhəd məsələsi ilə bağlı bu quruma müraciəti barədə danışarkən deyib.

Koçaryan baş verənləri küçədə incidilmiş bir uşağın qaçaraq atasına şikayət etmək üçün gəlməsi ilə müqayisə edib.

"Nəhayət, biz dövlətik, ya yox? Ləyaqətimiz, qürurumuz var, ya yox? Özünüz heç nə etmədiyiniz halda sənin əvəzinə başqasının nəsə etməsini gözləyirsən. Absurd janrından bəhs olunur. Əminəm ki, oxşar hal KTMT-nin tarixində olmayıb. Özünüz problemlərin həlli üçün nəsə etmirsinizsə, heç kim sizə kömək etməyəcək. Bu, çox sadə bir düsturdur”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az