David Darçinaşvili: «Münaqişələrin həlli üçün tək bu qurumun imkanları yetərli deyil»
«Azərbaycan prezidenti İlham Əliyev Bakıda təşkil olunan Avronest parlament Assambleyasının ikinci toplatısındakı çıxışı zamanı Avropa Birliyi və avrointeqrasiya kursunun Cənubi Qafqaz dövlətləri üçün nə dərəcədə əhəmiyyətli olması ilə bağlı çox dəqiq qiymətlədirmə verdi» . “vətəninfo.az”ın məlumatına görə, bu fikirləri Gürcüstan parlamentinin Avrointqrasiya komitəsinin rəhbəri, Avronest parlament assambleyasındakı nümayəndə hyətinin başçısı David Darçinaşvili gürcü mətbuatına açıqlamasında səslədirib. Onun sözlərinə görə, Avropa Birliyi tarix boyu Avropa dəyərlərinə bağlı olan Qafqaz üçün ən yaxşı birlikdir: «Bu Azərbaycan, Gürcüstan və Ermənistana aiddir. Mən dövlətlərimizin gələcəyini yalnız Avropa Birliyi ilə sıx münasibətlərdə görürəm. Bu sabah və ya o biri gün bu qurumun üzvü olacağımız anlamına gəlmir. Lakin biz bu məqsədə nail olmaq üçün çalışacağıq». Gürcü deputat həmçiin deyib ki, Avropa Birliyinin Cənübi Qafqazdakı münaqişələri həll etmək üçün böyük potensialı var. Bu münaqişələr həllini tapmalıdır. Onların daha uzun müddətdə mövcudluğu yolverilməzdir: «Lakin tək AB-nin imkanları bu problemlərin həlli üçün yetərli deyil. Ona görə də, yeni mexanizmlər işlənib hazırlanmalıdır. AB hazırda çoxsaly problemlərin həlli ilə məşğuldur. Digər tərəfdən, Avropanın bölgəmizə doğru irəliləməsini, bu qurumun münaqişələrin həllində daha fəal rol oynamasını istəməyən, buna manne olan qüvvələr var. Həmçinin AB-nin özü də indiki mərhələdə bu münaqişələrin həllini tapması üçün bütün imkanlara malik olmaya bilər. Ona görə də, indiki mərhələdə əsas məqsəd bu münaqişələrin həllini istəməyən qüvvələrin cəhdlərinin qarşısının alınmasıdır». Gürcü deputat onu da dyib ki, hazırkı mərhələdə AB yalnız münaqişələrin həllində diplomatik fəallıq nümayiş tdirəcək. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ərzurum, Bakı-Cyhan və Qars-Axalkalaki layihələri Avropa ilə Şərqi birləşdirməklə yanaşı, Azərbaycan və Gürcüstanı Avropa Birliyindəki rolunu da artırır. Bu layihələr Azərbaycan və Gürcüstan arasıdakı münasibətlərin sıxlaşması ilə yanaşı, hər iki ölkənin azad dünyaya inteqrasiyasını da sürətləndirir.
Azad