11 yaşlı uşaq həmyaşıdını güllələdi - Göyçayda

11 yaşlı uşaq həmyaşıdını güllələdi - Göyçayda
Göyçayda 11 yaşlı uşaq ehtiyatsızlıqdan həmyaşıd qonşusunu güllələyib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, yanvarın 21-də Göyçay şəhərində yaşayan 11 yaşlı Ə.Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından açılan atəşdən qonşusu həmyaşıdı F.Nəzərov xəsarət alıb. F.Nəzərov xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az