126 milyon manatlıq cərimə və dəbbə pulu silinib

126 milyon manatlıq cərimə və dəbbə pulu silinib
Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib.

Bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb.
"Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub. Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, – deyə E.Hüseynov vurğulayıb. /”Report”
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az