Vətəninfo.az xəbər verir ki, Bakıda silsilə oğurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci və 2-ci Polis Bölmələrinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Ruslan Qurbanov saxlanılıb. Müəyyən edilib ki, o, 2013-cü il oktyabrın 30-da Gündüz Bağırova məxsus, Ordubadi küçəsində yerləşən mağazadan, qapını sındırmaq yolu ilə 300 manat, dekabrın 28-də isə Binə qəsəbəsində Tofiq Məmmədovun evindən maqnitofonun səs gücləndiricilərini oğurlayıb.
Qeyd olunub ki, həmin şəxs bu il martın 1-də Binə qəsəbəsində Hamlet Ağayevə məxsus mağazadan mobil telefonu və içərisində 500 manat olan pul kisəsi, martın 22-də Mərdəkan qəsəbəsində yerləşən mağazada, orada işləyən Aybəniz Qədimovanın içərisində 325 manat, 1 ədəd boyunbağı və 2 ədəd üzük olan pul qabı, aprelin 7-də Binə qəsəbəsi südçülük sovxozunda Xalıd Qafarova məxsus mağazadan, plastik qapını sıxıb açmaqla 280 manat, ərzaq malları və danışıq kartları, aprelin 27-nə keçən gecə, Cəmşid Pənahova məxsus Mərdəkan qəsəbəsi yerləşən mağazadan, qapının kilidini sındırmaq yolu ilə 288 manat və tütün məmulatları, iyunun 24-nə keçən gecə isə Bahadur Abdullayevə məxsus Hüseynov küçəsində yerləşən mağazadan, plastik qapını açma yolu ilə pul, ət mağazasının qarşısından isə bir baş iri buynuzlu heyvan oğurlayıb.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto