175 nömrəli avtobuslar sabahdan yeniləri ilə əvəzlənir

175 nömrəli avtobuslar sabahdan yeniləri ilə əvəzlənir
Yanvarın 13-dən etibarən, sərnişinlərə 175 nömrəli müntəzəm marşrut xətti üzrə "BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bu barədə Miq.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi "Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən "Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər:
"Belə ki, "Məktəb” küçəsi istiqamətində avtomobil yolu "BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. "Məktəb” küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az