18 yaşlı gənc kanalda batıb

18 yaşlı gənc kanalda batıb
Xan qızı kanalının Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.  Vətəninfo.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü, Məmmədov Əmrah Adəm oğlunun suda batması ilə bağlı məlumat daxil olub. Hadisə yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralı, nəzarətsiz ərazidə baş verib. 

Məlumatda qeyd edilib ki, Ə.Məmmədovun cəsədi batdığı yerdən 15 metr aralıda, "Səlyan" dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb, sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az