“2 qarabağlı qız, yaxud gənc qadın axtarıram"

“2 qarabağlı qız, yaxud gənc qadın axtarıram
Azərbaycanın "qara siyahı”ya saldığı və barəsində axtarış elan etdiyi rusiyalı milyonçu German Sterliqov Qarabağdakı fəaliyyətini genişləndirir.  
Modern.az milyonçunun sosial şəbəkələrdəki şəxsi səhifəsinə istinadən xəbər verir ki, o Şuşada yaşı 500 il olan təndirxanada çörək və qutab bişirmək niyyətindədir.
"2 qarabağlı qız yaxud gənc qadın axtarıram. 500 yaşı olan təndirxanada mayasız çörək və qutab bişirmək qabiliyyətləri olmalıdır. Onların bişirmə texnikasını öyrəndikdən sonra şərikim Mxitarın Şuşadakı evində çalışmağa başlayacaqlar”.
Bundan başqa, Sterliqov Qarabağda yerli orqanlardan "sürücülük vəsiqəsi” aldığını da elan edib. "Qarabağın sürücülük vəsiqəsini aldım. 2 saat ərzində pul vermədim.  
Gemran Sterliqov Dağlıq Qarabağda biznes işlərinin yaxşı gedəcəyi halda daim yaşamağa hazır olduğunu deyib.  
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az