20 nömrəli məktəb üçün beşmərtəbəli bina tikilir
Bakı şəhəri üzrə Təhsil İdarəsi 20 nömrəli məktəb-liseylə bağlı suallara aydınlıq gətirib. 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük
ümumtəhsil müəssisələrindən biri olduğuna görə, ona müasir tələblərə
uyğun 5 mərtəbədən ibarət yeni binasının inşa olunması nəzərdə tutulur.
25000 kvadratmetr sahəsi olacaq binada 3000 şagird yerləşə biləcək.
"İndiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15 milyon manat,
Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb. Bu
günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa
çatdırılıb. Hazırda yeni məktəb binasının layihəsində layihə şirkəti
tərəfindən bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan
sonra məktəbin tikinti işləri davam etdiriləcək”-deyə Bakı şəhəri üzrə
Təhsil İdarəsi bəyan edib.
20 nömrəli məktəb-liseyin 2830 şagirdi hazırda paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.
Modern.az