Dollar ucuzlaşdı, avro bahalaşdı

Dollar ucuzlaşdı, avro bahalaşdı
Bu gün sentyabrın 9-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0482 manat olub.

 Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0031 manat və ya 0,26% artaraq 1,1748 manata yüksəlib.

 Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,65% azalaraq 0,0153 manata enib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az