“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir
Qurban bayramı ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçəcək. 
Vətəninfo.az xəbər verir ki, bu barədə Moderator.az-a QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. 
Onun sözlərinə görə, Qurban bayramı günü növbəli iş rejimi təşkil ediləcək. 
"Bütün vağzallarda, stansiyalarda mühafizə daha da gücləndiriləcək” - deyə, N. Əzməmmədov əlavə edib. 
Əzməmmədov həmçinin qeyd edib ki, sıxlıqdan asılı olaraq xəttə əlavə vaqonlar qoşulacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az